Alimlər koronavirusa yoluxması riskini azaldan məhsulun adını açıqlayıblar. Bu treska və ya mintay balıqlarının qaraciyəridir.
Bu məhsullar D vitamini ilə xüsusilə zəngindir. İmmun sisteminin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən, orqanizmin infeksiyalara qarşı davamlılığını artıran D vitamini koronavirusun profilaktikasında çox böyük rol oynayır. Məhz D vitamininin defisiti kovidin ağır gedişatının əsas risk faktorlarından biri sayılır.
D vitamininin əsas hissəsi orqanizmdə gün şüalarının təsiri nəticəsində sintez olunur. Lakin soyuq fəsillərdə gün şüaları azalır və bu da D vitamininin sintezinə mənfi təsir edir. Belə vəziyyətdə vitaminin qida məhsulları ilə orqanizmə daxil olunmasını təmin etmək çox vacibdir.
Foodinfo.az Saglamolun.az -a istinadən bildirir ki, ekspertlər treska və mintayın qaraciyərini (rus dilində - "peçen treski", dükanlarda konservləşdirilmiş halda satılır) D vitaminin miqdarına görə çempion hesab edirlər.
Həmçinin alimlər bildirirlər ki, soyuq fəsillərdə D vitamini ilə zəngin olan digər məhsulların (süd məhsulları, yumurta, balıq yağı) istehlakını da artırmaq lazımdır.