
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha
4 219 yeni yoluxma faktı qeydə alınıb,
3 562 nəfər sağalaraq evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan
38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
99 892 nəfər müalicə olunaraq sağalıb,
1 793 nəfər vəfat edib, aktiv xəstə sayı
61 089 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
18 006, bu günə qədər isə ümumilikdə
1 902 584 test icra olunub.