
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
4 451 yeni yoluxma faktı qeydə alınıb,
4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
111 918 nəfər müalicə olunaraq sağalıb,
1 922 nəfər vəfat edib, aktiv xəstə sayı
62 034 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
15 059, bu günə qədər isə ümumilikdə
1 953 303 test icra olunub.