
Bu gün Azərbaycanda koronavirus infeksiyasına
2 597 yeni yoluxma faktı qeydə alınıb,
1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Foodinfo.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan
23 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə
83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
59 465 nəfər müalicə olunaraq sağalıb,
1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı
23 476 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
12 874, ötən müddət ərzində isə ümumilikdə
1 562 442 test aparılıb.