Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimlərə başlayır. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, aprelin 28-də, saat 16-00-da keçiriləcək videotəlimdə fındıq ixracı ilə bağlı müzakirələr aparılacaq, bu mövzuda sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (203-222) (051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.