Sağlam pəhriz vasitəsilə arıqlamaq beynin qocalmasını doqquz aya qədər ləngidə bilər. Arıqlamaq və beyin fəaliyyəti arasında bu əlaqəni Ben-Qurion Universitetinin israilli alimləri aşkar ediblər və tədqiqatın nəticələri eLife jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, itirilən bədən çəkisinin hər bir faizi üçün subyektlərin beyni həqiqi bioloji yaşından təxminən doqquz ay gəncdir. Beləliklə, elm adamları beyin sağlamlığının qorunması üçün sağlam həyat tərzinin vacibliyini sübut ediblər.