Kətan yağı qidalandırıcı məhsuludur. Tərkibində omeqa-3, omeqa-6 və nadir omeqa-9 yağ turşuları, E vitamini, antioksidantlar və flavonoidlər də daxil olmaqla, çoxlu sayda faydalı maddələr var. Bu səbəbdən də yağ yaddaşı yaxşılaşdırmağa kömək edir. 

 Foodinfo.az nnnbnn xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Büdcə İdarəsinin “Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi”nin mütəxəssisi Yelena Kalnaya danışıb.

Onun sözlərinə görə, kətan yağında olan yağ turşuları qanda xolesterin səviyyəsini aşağı salmağa və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. Omeqa-3 beyin inkişafı və fəaliyyətində mühüm rol oynayır, buna görə də kətan yağı zehni aktivliyi və yaddaşı yaxşılaşdırmağa kömək edə bilər.

Vitamin E dərinin sağlamlığına müsbət təsir göstərən və ətraf mühitin zərərlərindən qoruyan güclü antioksidantdır. Ekspertin sözlərinə görə, alfa-linolenik turşu bədəndəki iltihabı və xroniki xəstəlik riskini azaltmağa kömək edə bilər.

Omeqa-3 və omeqa-6 yağ turşuları prostaqlandin və prostasiklin sintezi üçün istifadə olunur. Onlar leykositlərin subpopulyasiyası ilə əlaqədə olaraq immuniteti formalaşdırır, qanın laxtalanmasının normallaşmasına kömək edir.

Həmçinin, kətan yağının tərkibindəki faydalı maddələr ateroskleroz, koronar beyin xəstəlikləri və insultdan qoruyur. 

Məhsul balıq yağını xatırladan özünəməxsus acı dada və qoxuya malikdir. Bu yağda qızartmaq olmaz, çünki istilik emalı zamanı kətan yağı dərhal yanır. 

Onu tünd qabda, sərin yerdə saxlamaq lazımdır. Soyuducunun buzluq hissəsində də saxlaya bilərsiniz.