ROSBIOTECH Universitetinin Süd, probiotik süd məhsulları və pendir istehsalı texnologiyası kafedrasının dosenti İnna İonova süd məhsullarının gündəlik rasiondan xaric edilməməsini tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, probiotik süd məhsullarının istehlakı həzm balansını və immunitet sisteminin sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.

Mütəxəssisin qeyd etdiyi kimi, süd məhsulları gündəlik pəhrizin 40%-ni əvəz edə bilər.

 “Bu gün istehsalçılar geniş çeşiddə süd və süd məhsulları təklif edirlər. Amma mağazada həqiqətən dadlı süd, yağ, pendir, xama, dondurma, mayalanmış südlü içkilər almaq üçün onların etiketini öyrənmək lazımdır”, - deyə ekspert bildirib.

Leyla