Kartof əlavə edildiyi hər yeməyə ləzzət qatan qidalar arasındadır. Kartof qızartma, qaynatma, qovurma kimi bir çox fərqli şəkildə istehlak edilir. 

Qaynadılmış kartofu soymaq bəzən çətin ola bilər. Xüsusən də kartofun qabığını soyanda onlar parçalana və ovula bilər. 

 Foodinfo.az xəbər verir ki, kartof qabığını asanlıqla soymaq üçün istifadə edilən üsullara buzlu su və duz daxildir.

Əvvəlcə qaynadılmış kartof qabığınının soyulmasını asanlaşdırmaq üçün üzərinə bir neçə cızıq çəkin. Qaynadılmış kartofu buzlu suya qoyun, sonra kartofu əllərinizlə ovuşduraraq qabığının asanlıqla çıxdığını görəcəksiniz.

Kartof qabığını tez soymağın ən təsirli üsullarından biri qaynar suya 1 qaşıq duz əlavə etməkdir. Qaynar suya əlavə edilən duz kartofun qabığından asanlıqla çıxmasına imkan verəcək. Qaynadılmış kartofun üzərinə əlavə edilən duz kartofun parçalanmamasını və qabıqlarının asanlıqla soyulmasını təmin edir.