Bakıda gediş-gəlişin çox olduğu yerlərdə piştaxtasını quran satıcılar məhsulunu satmaq üçün yeni bir üsula əl atıb.
Malın önünə qoyduqları qiymət uzaqdan 1 manat görünsə də, yaxınlaşan zaman baha olduğu aydınlaşır.
Məsələn, əgər meyvənin qiyməti 1 manat 80 qəpikdirsə, satıcılar lövhədə 1 manatı böyük hərflərlə yazır. Aşağıdan isə balaca hərflərlə 80 qəpik sözlərini qeyd edirlər.
Alıcılar ya məhsulu alıb pulu satıcıya verən zaman, ya da lövhəyə diqqətlə baxandan sonra qiymətin fərqli olduğunu görə bilir.
Son xəbərlər
- Azərbaycanda bu məhsulların idxalı və satışı ƏDV-dən azad edildi
- Mütəxəssislər bu ədviyyatların faydalarından danışırlar
- Hər səhər zeytun yağı yesəniz nə ola bilər?
- Diyetoloq şişkinliyin altı gizli səbəbini açıqlayıb
- Aşağı kalorili pəhrizin zərərli olmasının 7 səbəbi
- Həkim göbələklərin niyə təhlükəli ola biləcəyini izah etdi