"Fast food"dan istifadə insana qastroenteroloji problemlərdən ibarət "buketi" bağışlayır: şişkinlik, köp, bağırsaq sancıları, qəbizlik, ishal, ürəkbulanma və mədə yanması.

 Foodinfo.az xəbər verir ki, bu barədə həkim-qastroenteroloq, tibb elmləri doktoru Vladimir Neronov xəbərdarlıq edib.

Onun sözlərinə görə, "fast food"dan istifadə qastroenteroloqa birbaşa yoldur. 

"Nənələrimiz demişkən, "quru yemək yeməyin - mədənizi korlayarsınız". Burada heç "Coca-Cola" da kömək etməz. "Fast food" məsələsində bu, aksiomadır. Mədənin ardınca mədəaltı vəzi və öd kisəsi də əziyyət çəkir”, - deyə həkim qeyd edib.

O, "fast food"un xoşbəxtlik illüziyası olduğunu vurğulayıb. Neronov belə yeməyin qəbulunu bankdan alınan ipoteka ilə müqayisə edib ki, burada faiz insan sağlamlığıdır. 

Qastroenteroloqun fikrincə, bəzən yaxşı "fastfood"un dadına baxmaq olar, lakin yalnız qastronomik məlumat əldə etmək üçün.