"Doşirak" və "Rolton"lar təhlükəlidir - Çox yedikdə nə baş verir?

Bir çoxları, xüsusən tələbələr ucuz və tez bişən olduğu üçün tez-tez “Doşirak” və “Rolton”larla özlərini doyururlar. "Doşirak" tez bişən hazır əriştə paketidir. İçindəki əriştə əvvəlcədən bişirilir, buxara verilir və qurudulur. Uzun müddət bu məhsuldan istifadə etmək sağlamlıq üçün ciddii problemlərə səbəb ola bilər. 

 Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi Aleksandr Umnov xəbərdarlıq edib.

Ekspert qeyd edib ki, bu əriştənin hazırlandığı unun tərkibində elə taxıl var ki, onun emal edilməsi zamanı lif və vitaminlərin miqdarını azalır. Bulyon, tərəvəz və ət olan paketlərdə E319 konservantı var. Ondan çox istifadə nevroloji zədələnməyə, limfoma riskinin artmasına və qaraciyərin genişlənməsinə, hətta görmə qabiliyyətinin pozulmasına səbəb olur.

Hazır əriştədə natrium qlutamat (monosodium qlutamat) da var. Bu isə ona qarşı həssaslığı olan insanlar üçün təhlükəlidir. Baş ağrısı, ürəkbulanma, yüksək təzyiq, əzələ zəifliyi, dərinin qızarması (hiperemiya) baş verə bilər. 

"Doşirak" aşağı kalorili olsa da, tərkibində zülal və lif də azdır, yağ, karbohidratlar, natrium və digər mikroelementlər isə çoxdur.

"Koreyada müntəzəm olaraq hazır əriştə yeyən 6440 insan üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, daim ondan istifadə edənlər etməyənlərə nisbətən daha az protein, fosfor, kalsium, dəmir, kalium, niasin, A və C vitaminləri alırlar", - deyə Umnov vurğulayıb.

Belə əriştələrdən müntəzəm istifadə etdikdə, həmçinin, metabolik sindrom, abdominal piylənmə, hipertoniya, şəkərli diabet riski də artır. 

Bundan əlavə, "Doşirak" sadəcə olaraq mədəni doldurur, doyurmur. Toxluq hissi bir saatdan sonra yox olur. 

Əriştə bulyonsuz bişirilsə, ayrıca bişmiş ət və yaxşı tərəvəzlərlə yeyilsə, faydaları olacaq.