Azərbaycan 2017-ci ildə Ukraynadan 2,5 min ton kartof idxal edib.
Bu barədə Ukraynanın Ərzaq və Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ukraynadan Azərbaycana ixrac edilən kartof məhsulunun dəyəri 242 min dollar təşkil edib.
Azərbaycan ötən il ixrac edilən məhsulun həcminə görə Belarus (10,5 min ton və ya 2,6 mln. dollar) və Moldovadan (4 min ton və 0,5 mln. dollar) sonra üçüncü yerdə qərarlaşıb. (Report)
Son xəbərlər
- Hər səhər zeytun yağı yesəniz nə ola bilər?
- Diyetoloq şişkinliyin altı gizli səbəbini açıqlayıb
- Aşağı kalorili pəhrizin zərərli olmasının 7 səbəbi
- Həkim göbələklərin niyə təhlükəli ola biləcəyini izah etdi
- Ürəyi qoruyur və beyin fəaliyyətini yaxşılaşdırır
- 30 saniyədə miqrendən necə qurtulmaq olar