
Bir çox insan günə acqarına bir fincan qəhvə ilə başlayır, lakin bu vərdiş düşündüyünüz qədər zərərsiz deyil. Foodinfo.az xəbər verir ki, rusiyalı terapevt və qastroenteroloq Mariya Volçkova bu məsələyə aydınlıq gətirib.
“Qəhvə mədə turşuluğunu artırır, bu isə acqarına qəbul edildikdə mədə divarını qıcıqlandıra bilər”, – deyə Volçkova “Lenta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vərdiş qastrit və mədə xorası riskini artırır, xüsusilə də səhər ilk iş kimi qəbul edilərsə. Kofein həmçinin adrenalini stimullaşdıraraq stress hormonlarının səviyyəsini süni şəkildə yüksəldir.
Mütəxəssis səhər yeməyi etmədən qəhvə içməməyi tövsiyə edir. Əgər içiləcəksə, yanında yumurta, yulaf və ya digər zülallı qidalarla balanslaşdırmaq lazımdır.
Volçkova sonda əlavə edib ki, “qəhvə zərərli deyil, lakin istifadə qaydalarına əməl olunmazsa, faydadan çox zərər verə bilər”.