Ərzaqların keyfiyyəti və qiyməti hər zaman gündəmi zəbt edən mövzuların başında gəlir. Çünki keyfiyyət birbaşa sağlamlığımıza, qiymət isə maddi vəziyyətimizə təsir edir. Odur ki, insanları aldığı məhsulun keyfiyyəti və ona xərclədiyi pul hər zaman maraqlandırıb.
Məsələ burasındadır ki, bəzi yerli məhsullar başqa ölkədən gətirilən müvafiq adda məhsuldan baha, keyfiyyəti isə aşağı olur. Hətta bəzən iddia olunur ki, Azərbacanın yerli keyfiyyətli məhsullarının çoxu başqa ölkələrə ixrac edilir. Nəticəd, yerlu istehlakçılar daha çox idxal məhsullarına üstünlük verməli olur.
Mövzu ilə bağlı Foodinfo.az-ın suallarını cavablandıran Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının müdiri, professor, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Müslüm İbrahimov bildirib ki, xarici şirkətlərin məhsullarının əksəriyyətinin alıcıları çox olduğu üçün qiymət aralığı da geniş olur: “Ona görə də bəzi hallarda idxal məhsulları yerli istehsal məhsullarından ucuz ola bilir. Böyük şirkətlər daimi xərclərini azaldaraq məhsul qiymətini də aşağı endirə bilirlər: “Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətini bazar özü tənzimləyir. Amma müvafiq qurumlar tərəfindən də nəzarət var və olmalıdır”.
İqtisadçı bildirib ki, Azərbaycanın daha keyfiyyətli məhsulları ixrac etməsinin səbəbi beynəxalq standartlarla əlaqədardır: “Beynəlxalq standarta görə, bazara çıxarılan məhsullar yüksək keyfiyyətli olmalıdır. Azərbaycanın da xarici bazarda rəqabət apara bilməsi üçün ixrac etdiyi məhsullar yüksək keyfiyyətli olmalıdır. Bu, əlbəttə ki, qiymətlərə təsir edir və ixrac məhsulları daha bahalı olur”.
M.İbrahimov sözlərinə əlavə edib, əslində, bazarı istehlakçı formalaşdırmalı olsa da, Azərbaycanda bu əksinədir: “Alıcılar özləri məhsulun keyfiyyətinə əmin olmalı və məhsulları seçməlidir. Azərbaycanda isə şirkətlər bazarı formalaşdırdığı üçün istehlakçılar da onların bazara çıxardığı məhsulu almağa məcbur olur”.
Ayxan/Foodinfo.az
Son xəbərlər
- "Veysəloğlu"nun tərəfdaşı olduğu "Gənc Logistikaçılar Məktəbi" layihəsi başa çatıb
- AQTA-da Belarus nümayəndə heyəti ilə görüş keçirilib
- Həkim təzyiqi aşağı salmağa kömək edən məhsullardan danışıb
- Payız pəhrizinə balqabaq yeməklərini daxil edin
- Qızılbalıq və tünd şokolad stresin öhdəsindən gəlməyə kömək edə bilər
- Qəhvəyə qarşı allergiya nədir?