Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 73 adda 12,9 ton müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Son xəbərlər
- Alimlər beyin sağlamlığını qorumaq üçün pəhriz hazırlayıblar
- Həddindən artıq yeməyi necə dayandırmaq olar?
- Tərəvəz, kəsmik və xardal: dietoloq məşhur qəlyanaltının faydalarını açıqladı
- Hansı qidalar eşitmə qabiliyyətinizi qorumağa kömək edir?
- Məşqdən sonra nə yemək lazımdır?
- Elm adamları qozun daha bir faydalı xüsusiyyətini kəşf ediblər