Yapon elm adamları 100 milyon ildən çox su altında yatmış vəziyyətdə olan mikrobları canlandırdıqlarını açıqlayıblar. Yenisabah.az xəbər verir ki, mikrobların dinozavrların dövründən qaldığı bildirilib. Bildirək ki, sözügedən kiçik orqanizmlər Cənubi Sakit okeanının dibində, qida baxımından zəif, amma həyatda qalmaları üçün az miqdarda da olsa, oksigen olan çöküntü qatlarının içində yaşayıb. Bu səbəblə araşdırma  yer üzündə az miqdarda oksigen və qida ilə on milyonlarla  il yaşayabilən  bəzi ibtidai növlərə də işıq tutur.