Xroniki böyrək çatışmazlığının əmələ gəlməsinə səbəb olan xəstəliklər aşağıdakılardır: - böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər * xroniki qlomerulonefrit * yarımkəskin qlomerulonefrit - böyrək kanalcıqlarının və intersistal toxumanın pozğunluqları * pielonefrit * intersistal nefrit - böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz xəstəlikləri * qırmızı qurd eşənəyi * sistem sklerodermiya * düyünlü periarterit * Veqener qranulomatozu * hemoragik vaskulit - mübadilə pozğunluğu xəstəlikləri * şəkərli diabet * amiloidoz * podaqra * sistinoz * hiperkalsiuriya - böyrəklərin anadangəlmə, irsi xəstəlikləri * böyrək polikistozu * Alport sindromu * diffuz mezangial nefroskleroz * nefropatiya - böyrəklərin birincili zədələnməsi * bədxassəli hipertoniya xəstəliyi * essensial hipertoniya - obstruktiv nefropatiyalar * böyrəkdaşı xəstəliyi * hidronefroz * sidik-cinsiyyət sisteminin şişləri. Son illərdə şəkərli diabet xəstəliyinin də xroniki böyrək çatışmazlığına səbəb ola bilməsi müəyyən edilmişdir.