"WhatsApp" tərtibatçıları messencerdə ad vermədən kiçik qruplar yaratmağa imkan verən funksiya tətbiq ediblər. Əvvəllər qrup yaradarkən istifadəçilərdən mütləq ad seçmək tələb olunurdu.

Foodinfo.az xəbər verir ki, bu barədə "TechCrunch" yazır.

Məlumata görə, adsız qruplarda, digərlərindən fərqli olaraq, malsimum nəfər iştirak edə bilər, halbuki adı olan qrupların 1024-ə qədər üzvü ola bilər.

Bundan əlavə, "WhatsApp" avtomatik olaraq adsız qruplar üçün üzvlərinə görə müvəqqəti adlar yaradacaq. Məsələn, qrupda Rokko və Li-Çen söhbət edirsə, qrup "Rokko & Li-Çen" adlandırıla bilər.

Üzvlərin bir-birinin adını kontakta necə əlavə etməsindən olaraq, qrup adı hər bir üzv üçün fərqli görünə bilər.

Yeniliyin yaxın bir neçə həftə ərzində bütün dünyada istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Natəvan