Belarusiyanın Qrodno şəhərinin sakini, "İnKomServis" şirkətinin rəhbəri Sergey tanışlarından kənddə yaşıl rəngdə pişik doğulduğunu eşidərək, onu tapıb və özünə götürüb.

Foodinfo.az xəbər verir ki, bu barədə "NewGrodno.By" yazır.

Bir çoxları heyvanın sonradan yaşıl rəngə boyandığını düşünsə də, Sergey pişik balasını baytara göstərdikdə həkim onun rənginin təbii olduğunu təsdiqləyib və onun tamamilə sağlam olduğunu bildirib.

Qeyri-adi pişik balasından öncə şirkət sahibi Teddi adlı it saxlayıb. O, heyvanların dostlaşacağına əmindir. İt pişik balasına maraqla yanaşır. Qeyri-adi ev heyvanına hələ qoyulmayıb.