Daxili xəstəliklər üzrə həkim, kardioloq və türkiyəli professor Canan Karatay xaşın tərkibinin kollagenlə zəngin olduğunu deyib.
C.Karatayın sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur.
Sağlam qidalanma ilə bağlı məsləhətlər verən professor yağlı quzu ətinin istənilən miqdarda yeyilə biləcəyini deyib. Onun sözlərinə görə, kəllə-paça insan sağlamlığı üçün olduqca faydalıdır:
“Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ihtiyacı qalmır”.
Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağlaşdırıcı zülaldır.
Kollagen həmçinin dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyini təmin edir. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur. (Publika.az)
Son xəbərlər
- Diyetoloq şişkinliyin altı gizli səbəbini açıqlayıb
- Aşağı kalorili pəhrizin zərərli olmasının 7 səbəbi
- Həkim göbələklərin niyə təhlükəli ola biləcəyini izah etdi
- Ürəyi qoruyur və beyin fəaliyyətini yaxşılaşdırır
- 30 saniyədə miqrendən necə qurtulmaq olar
- Səfərə çıxmazdan əvəvl bunları mütləq edin