Yaşıl çay haqqında əfsanə 5 min il əvvəl Çin imperatoru Sen Nunqun dövrünə gedib çıxır. O, həmişə yaşıl çay içərdi və uzun ömrün sirrini bu çayda görərdi. Hazırda yaşıl çay dünyada məşhurdur və onu çəki atmaq, sağlamlıq üçün içirlər. Eləcə də yüksək təzyiq xəstələrinə uyğun olduğu bildirilir. Yaşıl çayda qara çaya nisbətən polifenollar çox qorunub saxlanılır, amin turşular, A, B, C, E ilə zəngindir.
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, bu çayın da əks təsirləri var və hər kəsə olmaz.
- Qanda dəmir defisiti olanlar, hemoqlobini aşağı olanlar, qanazlığı diaqnozunda bu çayı içmək olmaz. Çünki anemiyanı dərinləşdirə bilər
- Aşağı təzyiqdə
- Hamilələr və südverənlərə- uşağa pis təsir edə bilər
- Acqarına içmək olmaz
- Mədəsində yara, xora olanlara
- Allergiyası olanlara.
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər