![](/uploads/photos/original/2023/8/80228686364e717a983d79.jpg)
Hindistan Kosmik Agentliyi Ayın "Vikram" eniş modulundan çəkilmiş ilk fotosunu yayımlayıb.
Foodinfo.az xəbər verir ki, şəkildə "Çandrayan-3" stansiyasının eniş yeri və aparatın bir ayağı görünür.
"Enişdən sonra kamera tərəfindən çəkilən görüntü... "Çandrayan-3" Ay səthinin nisbətən düz sahəsini seçib", - deyə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının açıqlamasında bildirilir.
Xatırladaq ki, avqustun 23-ü günorta saatlarında Hindistanın “Çandrayan-3” planetlərarası stansiyası Aya uğurlu eniş edib. Cihaz iyulun 14-də kosmosa buraxılıb və avqustun 5-də Yerin peyk orbitinə çıxıb. Beləliklə, Hindistan SSRİ, ABŞ və Çindən sonra Aya uğurla ekspedisiya göndərməyi bacaran dördüncü ölkə olub.
Fərid
![](/uploads/photos/thumb/350x250/2023/8/141893803364e718371b295.png)