Əriştəni çox sevirsinizsə, sizə özəl bir reseptimiz var.  Sizə evdə əriştə hazırlamağın asan üsulunu təqdim edirik. Lazım olanlar: 2 ədəd yumurta Bir stəkan su 2 stəkan un Hazırlanması: Verilən ərzaqları ləyəndə yoğurun və xəmiri 15-20 dəqiqə kənarda saxlayın. Xəmirdən ovuc böyüklüyündə kündələr hazırlayın və yayın. İstəsəniz kvadrat, istəsəniz də lentlər şəklində kəsin. Xəmiri xarab olmadan altı ay boyunca saxlayar, istədiyiniz zaman istifadə edə bilərsiniz. (Ailem.az)