Zəncəfil maddələr mübadiləsini və qan dövranını sürətləndirmək xüsusiyyətləri ilə tanınır. Bu 2 xüsusiyyətə görə zəncəfil artıq çəkidən xilas olunmağa yaxşı kömək edir. Saglamolun.az sizə arıqlamağa kömək edən zəncəfilli  içkilərin reseptlərini təqdim edir: 1. 2-3 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 dilim limon, 3-4 nanə yarpağı əlavə olunur, üzərinə 200 qr isti su tökülür. 30 dəqiqədən sonra dəmləməni süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için. 2. 1 stəkan təzə qatığın içinə 1 çimdik üyüdülmüş zəncəfil tökün, qarışdırın. Axşam yatmazdan əvvəl bu qarışığı için. 3. Hərəsindən 1 çimdik üyüdülmüş zəncəfil, darçın və hil 1 stəkan isti suda dəmləyin və gündə 2 dəfə səhər və axşam yarım stəkan olmaqla için.