Yuxusuzluqdan əziyyət çəkənlər üçün təbii alternativlər axtarışı davam edir və bu sırada gilas tumu diqqət mərkəzinə düşüb.

Foodinfo.az bildirir ki, Fransanın Bordo Universitetinin neyrobioloqu Dr. Claire Morel qeyd edir ki, gilas tumu melatonin hormonu ilə zəngindir və bədənin bioloji ritmini tənzimləməyə yardımçı olur. Onun sözlərinə görə, gilas tumunun içindəki aktiv komponentlər yuxu keyfiyyətini artırır, xüsusən də gecə oyanmaları azaldır. Tədqiqatlar göstərir ki, təbii gilas ekstraktı qəbul edən şəxslərin yuxuya getmə vaxtı daha qısadır və səhər daha enerjili oyanırlar. Dr. Morel əlavə edir ki, bu effekti əldə etmək üçün süni melatonindən fərqli olaraq gilas daha təhlükəsiz və bədəni asılı vəziyyətə salmır.

Mütəxəssislər təbii melatoninin xüsusilə yaşlı insanlarda yuxu problemlərinin qarşısını almaqda faydalı olduğunu vurğulayırlar. Gecə yatmazdan əvvəl 10-15 gilası tumu ilə birlikdə yemək və ya təbii gilastan hazırlanmış ilıq çay içmək tövsiyə olunur. Bununla belə, həkimlər hamilə qadınlara və böyrək xəstəliyi olanlara ehtiyatla yanaşmağı məsləhət görürlər. Gilasın həm yuxuya, həm də antioksidant təsirinə görə yay mövsümünün faydalı meyvələri arasında ilk sıralarda yer alması təsadüfi deyil.