
Yeni ilə bir neçə gün qalıb. Yeni il şənlikləri yaxınlaşdıqca paytaxt Bakıda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar.
Artıq paytaxtımızda bayram ab-havası hiss olunmaqdadır. Hər kəs Yeni il gecəsini harada keçirmək barədə düşünür. Bəs görəsən Bakıda əyləncəli Yeni il keçirmək üçün harada və nə qədər pul xərcləməliyik?
Foodinfo.az Fed.az-a istinadən xəbər verir ki, Bakıda yeni il gecəsində restoranlarda təklif olunan qiymətlər araşdırılıb.
Araşdırma nəticəsində ortaya çıxan maraqlı rəqəmləri təqdim edirik:
"
Teleqüllə" restoranındakı Yeni il gecəsini qeyd etmək üçün bir nəfər üçün 170 manatdır.
“
Cratos” ailəvi restoranında Yeni il keçirmək üçün adambaşı masalarda 150 azn, divanlarda isə 250 azn təşkil edir.
"
Çayki" restoranında 31 dekabrda bayram gecəsi adambaşı 300 manat olduğu bildirilib.
"
Baku Castle" restoranında isə bir adam üçün 100 manatdır.
“
Darçın” ailəvi restoranında bayramı qeyd etmək bir nəfər üçün 100 manatından keçməlisən.
“
Zeyd” restorantındakı Yeni il gecəsini qeyd etmək üçün ikinəfərlik milli mətbəxt və avropa menyusuna görə qiymətlər 200-300 manat arası dəyişir.
Qeyd edək ki, araşdırma apardığımız müddətdə restoranların əksəriyyətində yer qalmamışdı, qalan yerlər isə məhdud sayda idi.