Ternopol vilayətində Ukrayna ordusu tərəfindən zərərsizləşdirilən raketin bir hissəsi mineral gübrə anbarı saxlanılan yerə düşüb.
Foodinfo.az oxu.az-a istinadən xəbər verir ki, nəticədə ammonyak tərkibli gübrə olan konteyner zədələnib.
Bu barədə Ternopol Regional Hərbi İdarəsinin rəhbəri Volodimir Truş məlumat verib.
O qeyd edib ki, kimyəvi gübrələr qrunt sularına düşüb.
"Yerli sakinlərdən quyulardan içməli suyun istifadəsini müvəqqəti məhdudlaşdırmaq xahiş olunur. Ekoloqlar 3-4 günə vəziyyətin normallaşacağını bildirirlər", - Volodimir Truş qeyd edib.