Bir çox insanlar yalnız yüksək temperaturlu su ilə duş qəbul edir, bəzi insanlar da var ki, hətta qış olmasına baxmayaraq, soyuq duşda çimməyə meyillidirlər.

  Foodinfo.az bildirir ki, soyuq duş bəzi insanlar üçün çətin olsa da, soyuq duşun orqanizm üçün faydalarını nəzərdən qaçırmaq olmaz. 

 Aşağıda soyuq duşun bəzi vacib faydalarını təqdim edirik:

1. Enerji və xoşbəxtliyi artırır.

Soyuq su damcıları dərinizə dəydikdə beyinə sinir impulsları göndərilir ki, bu da enerjini artırır. Həmçinin, soyuq su duşu bədəndə xoşbəxtlik və canlılıq hissi yaradan endorfin hormonunu artırır. Odur ki, bu dəfə oyandığınız zaman isti su ilə duş qəbul etmək əvəzinə soyuq duş qəbul edin və onun ayıqlığınıza və xoşbəxtliyinizə təsirini ölçün. Həftədə üç dəfə 5 dəqiqə soyuq duş altında dayansanız depressiyanın qarşısını ala bilərsiniz.

2. Orqanizmdə immuniteti yüksəldir.

Bir çox elmi materiallarda qeyd olunub ki, isti duş qəbul etsəniz belə, ondan sonra bir neçə dəqiqə soyuq duşun altında dayanmaq daha yaxşıdır ki, soyuq su immunitet sisteminizi yaxşılaşdırmağa kömək edir. Soyuq su duşu bədənin ağ qan hüceyrələrini stimullaşdıra və immunitet sistemini artıra bilər. Bu duşu qəbul etdikdən sonra orqanizm kifayət qədər müqavimət tapır və daha az xəstəliyə tutulur. 

3. Maddələr mübadiləsinin artırır.

Bədən isinmək üçün kalori yandırdığından, soyuq duş qəbul etmək yağların yandırılmasını və bədənin maddələr mübadiləsini artırmağa kömək edə bilər. Təbii ki, bu o demək deyil ki, yalnız soyuq duş qəbul edərək arıqlaya bilərsiniz. Soyuq su duşu pəhriz qidası və idmanla yanaşı bir stimullaşdırıcı olaraq maddələr mübadiləsini artırmağa və daha sürətli arıqlamağa kömək edə bilər. Beləliklə, arıqlama pəhrizindəsinizsə, maddələr mübadiləsini artırmaq üçün həftədə 2-3 dəfə soyuq duş qəbul etməyə çalışın.

4. Qançırları, göyərmələri aradan qaldırmağa kömək edir.

Əgər qançırlar və göyərmələrə səbəb olan idmanla məşğul olursunuzsa, göyərmələri azaltmaq üçün soyuq kompreslərdən istifadə etmək əvəzinə soyuq duş qəbul edə bilərsiniz. Soyuq duş bədəndə qan dövranını artırır. Bu da qançırların daha tez sağalmasına kömək edir. 

5. Dəri və saç üçün faydalıdır.

Dermatoloqların fikrincə, qaynar su dəriyə çoxlu zərər verə bilər və saçın sağlamlığına da eyni təsir göstərir. Buna görə ilıq və ya soyuq su duşundan istifadə etmək daha yaxşıdır. Hamam vaxtının sonunda soyuq duş saçın parlamasına və sağlamlığının artmasına kömək edə bilər.