
Qəbizlik üçün ən təsirli yol doğru qidalanmadır. Liflə zəngin, su miqdarı yüksək və həzmə kömək edən qidalar bağırsaq hərəkətlərini tənzimləyir və nəcisin yumşalmasını təmin edir.
Foodinfo.az qəbizliyi aradan qaldırmağa kömək edən ən yaxşı qidaları təqdim edir:
1. Kivi
Hər kividə 2-3 qram lif var. Təbii fermentləri bağırsaqları hərəkətə gətirir.
2. Yulaf
Həll olunan və həll olunmayan liflərlə zəngindir.
Nəcisi yumşaldır, bağırsaqların işləməsini asanlaşdırır.
3. Noxud, mərcimək, lobya
Zülalla yanaşı bol miqdarda lif ehtiva edirlər. Qəbizliyi aradan qaldırmaq üçün ideal paxlalılardır.
4. Alma (qabığı ilə)
Pektin adlı lif tərkiblidir. Həzm sistemini tənzimləyir.
5. Gavalı (təzə və ya qurusu)
Təbii laksatif (şirin təsirli boşaldıcı) sayılır. Sorbitol və liflə zəngindir.
6. Brokkoli və digər yaşıl tərəvəzlər
Həm lif, həm su tərkibi yüksəkdir. Bağırsaqları təmizləyir, qəbizliyi yüngülləşdirir.
7. Xiyar və kərəviz
Su miqdarı yüksəkdir, nəcisə yumşaqlıq verir. Gündəlik su və lif ehtiyacını qarşılayır.
8. Şirin kartof
Liflə zəngindir, həm də nəcisi həcmləndirir. Həssas bağırsaqlar üçün uyğundur.
9. Üzüm və əncir
Təbii şəkər və liflə zəngindir. Nəcisi yumşaldır və bağırsaq hərəkətini sürətləndirir.
10. Bol su
Liflə yanaşı, su da olmazsa, olmazdır. Yetərincə su içilməzsə, lif əksinə qəbizliyi artırar.
Hər gün ən azı 25–30 qram lif qəbul edin. Qidalanma ilə yanaşı, gündəlik hərəkət (yüngül gəzinti belə) də bağırsaqları aktivləşdirir.