Qaxda 2 yaşlı uşaq yuyucu tozdan zəhərlənib.
Foodinfo.az-ın məlumatına görə, hadisə rayonun Qorağan kəndində qeydə alınıb.
2020-ci il təvəllüdlü M.Ə. yuyucu toz yeyib. Vəziyyəti pisləşən uşaq Qax Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda müalicəsi davam etdirilir.