
Azərbaycanda son sutkada koronavirus infeksiyasına
1 759 yeni yoluxma faktı qeydə alınıb,
511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
24 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə
252 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan
234 893 nəfər müalicə olunaraq sağalıb,
3 445 nəfər vəfat edib, aktiv xəstə sayı
14 342 nəfərdir. Son sutkada
8 923, hazırkı dövrədək isə
2 816 784 test aparılıb.