Adətən payızda yetişən heyva meyvə olaraq və ya marmelad, mürəbbə, kompot kimi bir çox fərqli şəkildə istifadə edilə bilər. Kalium, maqnezium, manqan və C vitamini ilə zəngin olan heyva xüsusilə sinir sistemi və əzələ funksiyaları üçün çox vacibdir.

Foodinfo.az xəbər verir ki, heyva şəkəri ən az olan meyvələrdəndir. Qan şəkərini artırmır və lazımsız kalori ehtiva etmir. Bu səbəblə rahatlıqla istehlak edilə bilər. 

Gecələr heyva yemək iştahı yatırır və yüksək lif tərkibi sayəsində toxluq hissi verir. Beləliklə, çəki nəzarətinə nəzarət etmək olur. Yatmazdan əvvəl yeyilən bir dilim heyva gecə boyu orqanizmin qan şəkərini balanslı saxlamağa kömək edir. 

Heyva yeyib yatmaq mədə sağlamlığını qoruyur və turşu əmələ gəlməsinin qarşısını alır.

Bu meyvənin faydaları arasında sinənin yumşalması və öskürəyin qarşısının alınması da yer tutur.