Bir çox insanın sevimli meyvələrindən olan şaftalı həmçinin orqanizm üçün faydaları ilə tanınır. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Şaftalının tərkibində A, C və E vitaminləri, həmçinin maqnezium, fosfor və dəmir mövcuddur. Bu maddələr insanın həzm sisteminin normal fəaliyyətinə şərait yaradır. Şaftalı həmçinin ürək sağlamlığının qorunması üçün də əvəzsiz vasitə sayılır.

Bununla yanaşı bəzi xərçəng növlərinə qarşı da effektiv vasitədir. Bu dadlı meyvə həmçinin allergiya əlamətlərinin azaldılmasına da kömək edir. 

Eyni zamanda şaftalı siqaret çəkənlər üçün də qoruyucu mexanizm rolunu oynayır. Belə ki, araşdırmalar bu meyvənin nikotini orqanizmdən uzaqlaşdırmağa kömək etdiyini ortaya qoyub.

Leyla