Qaragöz lobyanın sağlamlıq üçün bir çox faydası var. O, həzm sistemi üçün çox faydalı olan liflə zəngindir. Lif sayəsində həzm sistemi nizamlayır və qəbizlik problemlərinə yaxşı təsir edir. Həmçinin yüksək lif tərkibinə görə qan şəkərinin səviyyəsini nəzarət altında saxlamağa kömək edir.

Foodinfo.az xəbər verir ki, qaragöz lobyanın tərkibində olan fol turşusu hamiləlik dövründə ana və körpənin sağlamlığı üçün çox vacibdir. Fol turşusu beynin inkişafı üçün lazımlı bir komponent olduğundan hamiləlik dövründə müntəzəm olaraq istehlak edilməsi tövsiyə olunur. 

Tərkibindəki yüksək kalium böyrək sağlamlığı üçün də faydalıdır. Məlumdur ki, kalium böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır və böyrəkləri təmizləyir. 

Bundan əlavə, kaliumun qan təzyiqini tənzimləməyə kömək etdiyi bilinir. Qaragöz lobyada olan antioksidantlar da bədəni sərbəst radikallardan qoruyur və beləliklə də xərçəng riskini azaldır. 

Antioksidanlar dəri sağlamlığı üçün də faydalıdır və qocalmanı gecikdirir. 

Qaragöz lobyanın istehlakı sağlamlığa bir çox fayda gətirir. Ancaq istehlak edərkən porsiya nəzarətinə diqqət yetirilməsi və çiy deyil, bişmiş halda istehlak edilməsi tövsiyə edilir.