Arıqlamaq istəyən xanımlar ən çox qarın nahiyəsindəki piy qatlarından şikayətlənirlər. 

Foodinfo.az düz qarın arzusunda olanlara bu işdə yardım edəcək sıyıq barədə yazacaq.

Belə ki, yulaf sıyığı ("ovsyanka") ideal bədən quruluşuna gedən yolda mükəmməl yoldaşdır.

Onun faydalarından bir neçəsi aşağıdakılardır:

1. Həll olunan lif toxluq hissini qorumağa kömək edir.
2. Qanda şəkərin səviyyəsini stabilləşdirir.
3. Maddələr mübadiləsini aktivləşdirir.

Aparılan araşdırma zamanı iştirakçılar cəmi 7 gün ərzində real dəyişiklikləri müşahidə ediblər. 

Lakin unutmayın ki, uğurun əsas açarı müntəzəm məşqlər və balanslaşdırılmış qidalanmadır. Bununla yanaşı, gününüzə düzgün başlamaq və səhər yeməyini bir kasa yulaf sıyığı ilə etmək isə sadəcə işinizi asanlaşdıracaq.