Bitki çayları bir çoxlarının sevdiyi içkidir. Foodinfo.az xəbər verir ki, faydalı xüsusiyyətləri olan çayların mühüm tərkib hissəsi dərman bitkiləridir.


Məsələn, çobanyastığı, nanə və adaçayının klassik birləşməsi ürək-damar, həzm və sinir sistemlərinə müsbət təsir göstərir. Tərkibində təbii ədviyyatlar, o cümlədən mixək və darçın kimi bitkilərin olduğu çay iltihab əleyhinə təsir göstərə bilər.


Bitki qarışığından olan çaylara bəzən bal əlavə olunur ki, bu da onun faydalı xüsusiyyətləri artırır. Lakin həkimlər allergik reaksiyası olan insanlara və şəkərli diabet xəstələrinə bu çaylardan istifadə zamanı ehtiyatlı olmalarını tövsiyə edir.

Nurlan