Bir çoxları üçün səhər yeməyi gün boyu enerjili olmağa kömək edən müqəddəs bir ritualdır. Lakin səhərlər yeməyə öyrəşdiyimiz bəzi qidalar acqarına yeyildikdə o qədər də faydalı olmaya bilər.

Foodinfo.az bu cür qidalardan beşini təqdim edir.

1. Qəhvə. Bir çox insan günə bir fincan ətirli qəhvə ilə başlayır, lakin acqarına bu içki mədə  turşuluğunun artmasına və qarında narahatlığa səbəb ola bilər.

2. Şirniyyat və un məmulatları. Acqarına qəbul edilən sürətli karbohidratlar qan şəkərinin kəskin bir artmasına səbəb ola, bu isə ümumi halınıza mənfi təsir göstərə bilər.

3. Sitrus meyvələri. Faydalı xüsusiyyətlərinə baxmayaraq, limon, portağal və qreypfrut mədə şirəsinin turşuluğunu artıra bilər, bu isə selikli qişa üçün zərərlidir.

4. Pomidor. Tərkibində mədə qıcıqlanmasına səbəb ola bilən taninlər var.

5. Soyuq içkilər. Xüsusilə yeni oyanmısınızsa, soyuq içkilər mədə ağrısına səbəb ola bilər.

Mütəxəssis məsləhəti: Səhər yeməyiniz üçün yüngül və faydalı qidalar seçin. Sıyıq, süd məhsulları, qoz-fındıq və ya yaşıl çay yeni günə başlamaq üçün əla seçimdir.