Qastroenteroloq Yekaterina Kaşux bitki zülalının faydalı xüsusiyyətlərindən danışıb.

Foodinfo.az xəbər verir ki, həkim tərəvəz zülallarının həm böyüklər, həm də uşaqlar üçün faydalı olduğunu bildirib. Belə ki, qidalanmada onların payının artırılması normal bədən çəkisini saxlamağa kömək edir və həzmi yaxşılaşdırır. ”

Mütəxəssisin qeyd etdiyi kimi, bir və ya iki porsiya heyvan zülalının bitki zülalı ilə əvəz edilməsi “pis” xolesterinin səviyyəsini 4% azaltmağa kömək edir.

Bitki zülalı da ürək-damar xəstəlikləri və mədə-bağırsaq problemləri riskini azaldır.

Bundan əlavə, bitki mənşəli zülal mənbələrinin allergik reaksiyalara səbəb olma ehtimalı azdır.

Leyla