Gündəlik yeməklərimizə daxil edilməli olan bəzi qidaların az istehlak edildiyi və ya heç istifadə olunmadığı qeyd edilir.

 Foodinfo.az az yediyimiz 7 ən faydalı qidanı təqdim edir:

AVOKADO

Bu meyvə 80% mono doymamış sağlam yağ, 18% protein və 2% karbohidratdan ibarətdir. Tərkibində 14 müxtəlif mineral, xüsusilə dəmir, mis, fol turşusu, kalium və maqnezium var. E vitamininin ən yaxşı mənbələrindən biridir. Tərkibində xolesterolu azaldan fitosterol, antioksidant glutatyon və göz sağlamlığı üçün vacib olan lutein kimi fitonutrientlər də var. Çox asan həzm olunur və enerji verir. Qan şəkərini normallaşdırmaqda təsirlidir. Bir orta avokado 250-300 kalori ehtiva edir. Hər gün bir və ya yarım avokado istehlak etmək sağlamlıq üçün çox faydalıdır.

FINDIQ

 Fındıq yüksək enerjili və sağlam mono doymamış yağ turşuları ilə zəngin bir çərəzdir. O, həmçinin protein, lif, antioksidantlar, dəmir, E vitamini, kalsium, maqnezium, sink və seleniumun mühüm mənbəyidir. Kalori baxımından olduqca yüksəkdir. Hər gün 10-20 ədəd çiy fındıq istehlakı orqanizmdə iltihabın qarşısını alır.

KƏLƏM 

Ən sağlam yaşıl bitki qidalarından biridir. Qırmızı ətə bərabər qidalı protein təmin edir. Tərkibində dəmir, kalsium, lif, bitki mənşəli omeqa 3 yağ turşuları, A, B, C, E vitaminləri və çoxlu antioksidantlar var. Qanazlığına yaxşı təsir edir. erkən qocalmanın qarşısını alır, orqanizmi toksinlərdən təmizləyir, qəbizliyi aradan qaldırır.

SU TƏRƏSİ

 Güclü vitamin, mineral və antioksidant mənbəyidir. Yaxşı dəmir mənbəyi olduğundan qan azlığının qarşısını alır. Tərkibində yüksək miqdarda K vitamini olduğu üçün ürək, sümük və beyin üçün faydalıdır. İmmunitet sistemini dəstəkləyir. Qışda tez-tez rast gəlinən qrip, bronxit, öskürək kimi xəstəliklərə xeyirlidir. Tərkibindəki yod sayəsində tiroid sağlamlığını dəstəkləyir.

KƏTAN TOXUMU

Omeqa 3 və zülalın çox vacib bir bitki qaynağıdır. Kalsium, maqnezium, dəmir, mis, sink və liflə zəngindir. Qanın laxtalanma meylini və qan xolesterinin səviyyəsini azaldaraq ürək sağlamlığını dəstəkləyir. Tərkibindəki suda həll olan lifləri ilə bağırsaq hərəkətlərini sürətləndirir və qəbizliyin qarşısını alır. Həm də prostat və döş xərçənginə qarşı profilaktik təsir göstərir, qan təzyiqini aşağı salır. Hər gün bir və ya iki xörək qaşığı kətan toxumu sağlamlıq üçün faydalıdır.

ZƏFƏRAN 

Ürək-damar xəstəliklərindən xərçəngə qədər bir çox təhlükəli xəstəliklərdən qoruyan qidadır. İstənilən tərəvəz yeməyinə əlavə etməklə istehlak edilə bilər.

KEÇİBUYNUZU 

Təbii antibiotik kimi tanınır. Tərkibində kalium, kalsium, sink və fosfor kimi çoxlu minerallar var. Tərkibində süddən daha çox kalsium var. Bu xüsusiyyətinə görə sümük və diş sağlamlığını dəstəkləyir və osteoporozun qarşısını alır. A, B və E vitaminləri ilə də zəngindir. Tərkibində bol miqdarda karbohidrat olduğundan istehlak miqdarına diqqət yetirilməlidir.