İngiltərədə olan həkim Karan Rajan TikTok səhifəsində ağ çörəyi daha qidalı və daha sağlam edə biləcək məsləhətlər paylaşıb.

Foodinfo.az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində işləyən həkim çörəyi dondurması və sonra qızardmağı məsləhət görüb. O izah edib ki, bu üsul glisemik indeksini yarıya endirə bilər.

Glisemik indeks (GI) karbohidratların qan şəkəri səviyyələrinə nə qədər tez təsir etdiyini təsvir etmək üçün istifadə olunan bir termindir. Aşağı GI qidalar şəkəri yavaş-yavaş qana buraxaraq sizi daha uzun müddət tox saxlayır. Yüksək GI qidaları (şəkər və ağ çörək) ilə zəngin pəhrizlər diabet və piylənmə riskinin artması ilə əlaqələndirilir.

Nurlan