Soyuq qarpız mədə divarını qıcıqlandıra və qaz, köp, qarın ağrısı, ishal kimi həzm problemlərinə səbəb ola bilər. Həzm sistemi temperatur fərqinə qarşı həssas olduğundan, çox soyuq qidalar narahatlıq yarada bilər.

Foodinfo.az xəbər verir ki, soyuq qarpız uşaqlarda və immuniteti zəif insanlarda boğaz ağrısı, öskürək və soyuqdəyməyə bənzər əlamətlərə yol aça bilər. 

Eyni zamanda bədənin istiliyini birdən-birə aşağı salaraq zəiflik, başgicəllənmə və mədə spazmı kimi narahatlıqlar yaradar.

Bəzi insanlarda isə soyuq qarpız mədə turşusunu artırır, reflü və yanma hissini gücləndirir, xüsusilə axşam saatlarında yeyildikdə.

Qarpızı soyuducudan çıxardıqdan sonra bir qədər otaq temperaturunda saxlayaraq yemək bu fəsadların qarşısını almağa kömək edir. Həssas orqanizmli insanlara və uşaqlara birbaşa soyuq halda verilməsi tövsiyə olunmur.