
Şəkər əvəzedicilərindən istifadə yalnız zəruri hallarda məqsədəuyğundur. Foodinfo.az bildirir ki, endokrinoloq və dietoloq Aleksey Kalinçev sağlam insanların şəkər əvəzedicilərinə ehtiyac duymadığını açıqlayıb. O, bildirib ki, şəkərsiz qazlı içkilər, xüsusilə burger və kartof qızartması kimi sağlam olmayan qidalarla birlikdə qəbul edildikdə, mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Kalinçevin sözlərinə görə, əsas sağlamlıq problemləri yüksək kalorili qidaların həddindən artıq qəbulu və fiziki aktivliyin azlığı ilə bağlıdır. Mütəxəssis vurğulayıb ki, sağlam qidalanma və nizamlı idman şəkər əvəzedicilərindən istifadə etmədən sağlamlığı qorumağın əsas yoludur.