Badımcan tərkibindəki faydalı maddələr və liflər sayəsində, xüsusilə pis xolesterolu (LDL) aşağı salmaqda rol oynayır.

Foodinfo.az xəbər verir ki, badımcanın tərkibindəki həll olan liflər bağırsaqlarda xolesterolu “tutaraq” orqanizmdən atılmasını sürətləndirir. Bu, xüsusilə LDL xolesterolu azaldaraq ürək-damar xəstəlikləri riskini aşağı salır.

Badımcanın qabığında olan nasunin adlı maddə (bənövşəyi piqment) güclü antioksidantdır. O, damar divarlarını qoruyur və xolesterolun damarlar içində yığılmasının qarşısını alır.

Bu bitki pəhrizlər üçün idealdır, həm doyurucudur, həm də əlavə yağ yükləmir. Bu da ümumi qan yağlarının normallaşmasına kömək edir.

Kaliumla zəngin olduğu üçün qan təzyiqini tarazlayır, bu da dolayısı ilə ürək və damar sağlamlığını qoruyur.

Qızartmadan çəkinmək lazımdır, çünki badımcan yağ çəkəndir və bu zaman faydası azalır. Daha sağlam üsullar: buxarda bişirmə, sobada bişirmə, qaynatmadır.