Çia toxumu çox kiçik olsa da, tərkibindəki zəngin qida maddələri ilə "super qida" sayılır. Az miqdarda belə istifadə olunsa, orqanizmə böyük faydalar verir.

Foodinfo.az çia toxumunun faydalarını təqdim edir:

1. Həzm sistemini gücləndirir

Tərkibində yüksək miqdarda pəhriz lifi var. Bu da bağırsaq hərəkətlərini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və uzun müddət toxluq hissi yaradır.

2. Ürək sağlamlığını qoruyur

Omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ürək-damar sağlamlığını dəstəkləyir, xolesterolu azaldır, damar elastikliyini artırır.

3. Qan şəkərini tənzimləyir

Lifli quruluşu sayəsində şəkərin qana yavaş daxil olmasını təmin edir. Bu da şəkər səviyyəsinin qəfil qalxmasının qarşısını alır.

4. Sümük və dişləri möhkəmləndirir

Tərkibindəki kalsium, maqnezium və fosfor sümüklərin güclənməsinə kömək edir. Südə alternativ axtaranlar üçün ideal qidadır.

5. Zəngin protein mənbəyidir

Bitki mənşəli zülalla zəngindir. Xüsusilə vegetarian və veganlar üçün əhəmiyyətli protein qaynağıdır.

6. Arıqlamağa kömək edir

Tox saxladığı üçün çox yeməyin qarşısını alır. Su ilə qarışdıqda jel halına düşür və mədədə həcmini artıraraq toxluq hissi yaradır.

7. Antioksidantla zəngindir

Bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrələrin zədələnməsinin və erkən qocalmanın qarşısını alır.

Həddindən artıq istifadə mədə şişkinliyi və qaz yarada bilər.