Qozun forması beynə bənzəyir və bu təsadüfi deyil. Foodinfo.az bildirir ki, nevroloq İrina Lebedeva “Beyin Qidası” verilişində qozun təsiri haqqında danışıb. Onun sözlərinə görə, qoz E vitamini, omeqa-3 yağ turşuları və polifenollarla zəngindir. Bu maddələr beyin hüceyrələrini oksidləşmədən qoruyur və yaddaşı gücləndirir.

Lebedeva qeyd edir ki, gündəlik 3-4 ədəd qoz yemək konsentrasiya qabiliyyətini artırır. O bildirir ki, tələbələr və zehni fəaliyyəti çox olan insanlar üçün qoz müntəzəm istifadəyə tövsiyə olunur. Lakin yüksək kalorili olduğuna görə miqdarına diqqət yetirilməlidir.

Qoz