Bir çoxları miqren ağrılarından əziyyət çəkirlər. Lakin bəzi qidalar bu ağrıları artıra bildiyi üçün miqreni olanlar onlardan istifadəni məhdudlaşdırmalıdırlar.

 Foodinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin Beyin və Neyrotexnologiyalar üzrə Federal Mərkəzinin 2 saylı nevroloji şöbəsinin müdiri Olqa Boyko məlumat verib.

Mütəxəssis qeyd edib ki, tərkibində tiramin olan qidaları yemək məsləhət görülmür.

"Bu, şokolad, qoz-fındıq, avokado, alkoqollu içkilərdən isə qırmızı şərabdır. Bundan əlavə, siyahıya sərt pendir növlərini də əlavə etmək olar Bunlar vəziyyəti gərginləşdirə bilər”, - deyə həkim vurğulayıb.

Nevroloq Marina Trubitsına isə bildirib ki, həddindən artıq yorğunluq, stress və temperaturun kəskin dəyişməsi baş ağrılarının əsas səbəblərindəndir.