
İsti havalarda qəhvə içmək bədənin susuz qalmasına səbəb ola bilər. Foodinfo.az bildirir ki, dietoloq Yuliya Popova bu mövzuda vacib tövsiyələr verib. Onun sözlərinə görə, hər qəhvə porsiyasından sonra bir stəkan su içmək maye balansını qorumaq üçün faydalıdır.
Popova xüsusilə böyrək çatışmazlığı olan şəxslərin və açıq havada və ya havasız məkanlarda çalışanların qəhvə istehlakına diqqət etmələrini tövsiyə edib. Mütəxəssis əlavə edib ki, hipertoniya xəstələri və hamilə qadınlar qəhvə miqdarını bir stəkanla məhdudlaşdırmalıdırlar, çünki kofein qan təzyiqini yüksəldə və ürəyə əlavə yük gətirə bilər.
Ürək xəstələri üçün isə qəhvə taxikardiya və aritmiyaya səbəb ola bilər. Hər hansı əks göstərişi olmayanlar isə gündə 1-2 fincan qəhvəni içməklə sağlamlıqlarını qoruyabilir.