Son tədqiqatlar göstərir ki, iltihab bədəndə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəblə iltihabəleyhinə xüsusiyyətlərə malik qidaların istehlakı vacib hala gəlir. İltihabla mübarizə aparan qidalar bədəndəki iltihabı azaldaraq sağlamlığa müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, o meqa-3 yağ turşuları olan qidalar iltihabı azaltmaqda təsirlidir. Balıq yağı, kətan toxumu və qoz kimi qidalar omeqa-3 yağ turşuları ilə zəngindir və iltihabla mübarizə aparmağa kömək edir. 

Antioksidantlar da iltihabla mübarizədə mühüm rol oynayır. Əksər meyvə və tərəvəzlərdə olan antioksidantlar bədəndə sərbəst radikalların yaratdığı iltihabı azaldır. Xüsusilə rəngli tərəvəzlər, meyvələr, tünd yaşıl yarpaqlı tərəvəzlər və ədviyyatlar antioksidantlarla zəngindir.

Probiyotiklər də iltihabla mübarizə aparmağa kömək edir. Qatıq, kefir və turşu kimi fermentləşdirilmiş qidalar probiotik bakteriyaları ehtiva edir və bağırsaq sağlamlığını dəstəkləyir və iltihabı azaldır. 

Bundan əlavə, zəncəfil, sarıkök və yaşıl çay kimi qidalar da iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu qidaların müntəzəm istifadəsi orqanizmdə iltihabı azalda bilər və sağlamlığa müsbət təsir göstərə bilər.

Bu cür qidaların müntəzəm istehlakı və balanslı qidalanma proqramının həyata keçirilməsi sağlam orqanizm üçün vacibdir.