Fiziki aktiv şəxslər üçün səhər yeməyi bədənin enerji balansını təmin edən əsas amillərdəndir. Foodinfo.az bildirir ki, bu barədə idman diyetoloqu Marina Kuşkova danışıb. Onun sözlərinə görə, məşqdən əvvəl qəbul edilən səhər yeməyi qanda şəkəri sabit saxlayır və əzələ parçalanmasının qarşısını alır. Səhər yeməyində zülal və kompleks karbohidratlar birlikdə yer almalıdır.

Yumurtalı omlet, bananla yulaf sıyığı və ya az yağlı kəsmik ideal seçimlərdəndir. Kuşkova əlavə edir ki, qəhvəyə üstünlük verənlər onu yeməkdən sonra içməlidirlər. Məşqdən sonra isə su itkisinin qarşısını almaq və əzələ bərpası üçün proteinli içkilər faydalıdır. Yağlı və şirin qidalardan uzaq durmaq lazımdır.

Hər bir pəhriz şəxsin məşq intensivliyinə görə fərqlənməlidir. Əgər səhərlər ağır yemək mümkünsüzdürsə, az miqdarda meyvə və qoz da alternativ ola bilər. Mütəxəssis qeyd edir ki, aclıqla edilən idman uzunmüddətli dövrdə bədəni zəiflədir.